Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 200-ə yüksəlibbackend

Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 200-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırmasından bu il ölənlərin sayı 200-ə yüksəlib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, ölkədə 1 yanvar – 3 dekabr tarixləri arasında Lassa qızdırması epidemiyasının 28 əyalətin 114 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam etdiyi bildirilib.

Açıqlamaya görə, bu müddət ərzində 1170 Lassa qızdırması hadisəsi aşkar edilib, epidemiya səbəbindən həyatını itirənlərin sayı isə 200-ə yüksəlib.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə “fövqəladə vəziyyət” elan edib.

2022-ci il yanvarın 1-dən noyabrın 20-dək ölkədə 989 nəfərə yoluxma aşkarlanıb, 178 nəfər ölüb.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.