Nigeriyanın Delta əyalətində silahlı hücumlarda 16 əsgər həyatını itirdi.Nigeriyanın Müdafiə İnformasiya Müdiri Tukur Qusau verdiyi yazılı açıqlamada Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan əsgərlərin silahlı hücumlara məruz qaldığını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qusau hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirdiyini qeyd edib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Qusau indiyə qədər bir neçə adam nəzarətə alınsa da, hücumun səbəbini ortaya çıxarmaq üçün lazımi addımlar atılmağa başlanıb.
Digər tərəfdən, milli mətbuatda çıxan xəbərlərdə bölgə sakinlərinin hücumdan sonra qorxudan evlərini tərk etdiyi bildirilib.
Neftlə zəngin Delta əyalətindəki bir çox icma torpaq və ya neft dağılmalarına görə enerji şirkətlərindən kompensasiya almaqla bağlı tez-tez, bəzən ölümcül münaqişələrlə üzləşir.