Nigeriyanın mərkəzindəki Koqi əyalətində baş verən yol qəzasında azı 19 nəfər ölüb, 3 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyinə yol polisi məlumat verib.
Məlumata görə, hadisəyə səbəb yük maşını ilə avtobusun toqquşması olub. Vəziyyəti ağır olan zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib.
Polis yük maşını sürücüsünün sağ qaldığını və məsuliyyətə cəlb olunacağını bildirib.