Niyə kasıba lağ, varlıya nifrət edirlər? – “Elə bil heç o müğənninin borcu-filanı yoxdur!”backend

Niyə kasıba lağ, varlıya nifrət edirlər? – “Elə bil heç o müğənninin borcu-filanı yoxdur!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətin insanlara münasibəti bəzən bir-birini “döyən” atalar sözlərinə bənzəyir. Kasıba niyə lağ, varlıya nifrət edirlər? Birinci haqda deyirlər: “Əfəldir!”, ikinciyə irad: “Haramzadədir!”.

Yenisabah.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, kifayət qədər imkanlı şəxslər var ki, velosipeddən istifadə edir işə gedir, və yaxud da metroya minir, növbə gözləyir.

“Bəzən də görürük ki, kasıb insan davamlı olaraq özünü varlı göstərməyə çalışır. Məsələn, müxtəlif markalı geyimlər, bahalı telefonlar alır, “onda var, məndə niyə olmasın” düşüncəsi ilə hərəkət edirlər. Özgüvəni aşağı olan kasıb insanlar düşünürlər ki, cəmiyyət onları qınayacaq, buna görə də kasıb görünməkdən utanırlar.

Uğuru, imkanı özləri qazanmadıqları üçün çox zaman uğurlu, imkanlı şəxslərə qarşı şərə, yalana, çirkin ifadələrə əl atırlar. Bir insan əgər velosipedlə işə gedirsə, bu onun yaşam seçimidir. Elə insanlar var ki, heç bir uğur əldə etməyib, amma başqasının uğurunu qısqanır. Məşhur bir şəxs metro ilə bir yerə gedərkən, məsələn, status paylaşırsa, o dəqiqə “özünü kasıb göstərərək gündəmə gəlmək istəyirsən” kimi şərhlər bildirilir. Amma niyə, məşhurdusa metroya minməyə haqqı yoxdurmu?”

Psixoloq qeyd edib ki, bəzən varlılar da kasıbları qınayır.

“İnsan bir yerə çatdıqdan sonra kimlərəsə lağ etməyə başlayırsa, o insanda özünütəsdiq problemi var. Ola bilər ki, çox şeyə sahib olsun, ancaq özünü təsdiq edə bilməyib. Özünü qiymətləndirsə və özgüvəni olsa, bu gün heç kimə lağ etməz, hər kəsin yaşadığı həyatı normal qəbul edər.

Xüsusilə, müğənnilər qazandıqları pulu elə xərcləyirlər ki, sanki dünyanın son gündür. Şou-biznes əhli özlərini elə göstərir ki, elə bil heç borcu-filanı yoxdur! Bizim məşhurlarda təəssüf ki, qorxu var, “kasıblayaram, yaxud kasıb görsənərəm, birdən kimsə bilər”.

Ayzel

Niyə kasıba lağ, varlıya nifrət edirlər?  – “Elə bil heç o müğənninin borcu-filanı yoxdur!”