Fevralın 28-də Norveçin qərbində 6 nəfərin olduğu helikopterin okeana düşdüyü və göyərtəsində olanların hamısının daha sonra dənizdən çıxarıldığı açıqlanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bölgənin ən böyük xəstəxanası olan Haukeland Universiteti Xəstəxanası qəzadan zərər çəkmiş altı xəstənin hamısının müalicə olunduğunu, lakin onların sağlamlıq vəziyyətinin hazırda bəlli olmadığını bildirib.
Polis sözçüsü jurnalistlərə açıqlamasında helikopterin Sikorsky S-92 modeli olduğunu və qəza zamanı axtarış-xilasetmə təlimi missiyasında olduğunu bildirib və əlavə edib ki, qəzaya nəyin səbəb olduğunu söyləmək hələ tezdir.
Xilasetmə xidmətinin rəsmisi TV2 telekanalına bildirib ki, qəza zamanı bölgədə güclü külək olub.