“Ölkə başçısı bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq” – Könül İsmayılovabackend

“Ölkə başçısı bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq” – Könül İsmayılova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin çıxışı zamanı diqqətçəkən məqamlardan biri də İranla bağlı dedikləri oldu”...

İnterpress.az xəbər verir ki, bu sözləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin ADA Universitetində keçirilən konfransdakı çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Könül İsmayılova bildirib ki, ölkə başçısı çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi:

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer aldılar.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. Ölkə başçısı çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi və bildirdi ki, biz sülh istəyirik.

Ölkə başçısı çıxışında bildirdi ki, Şarl Mişelin ofisindən ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilib və bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Prezident isə bu cür “şərtli” görüşdən imtina edib. Aydın məsələdir ki, Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilməsini xahiş edib. Amma ölkə başçısı bildirdi ki, 7 dekabr görüşü baş tutmayacaq.

Prezident İlham Əliyevin çıxışı zamanı diqqətçəkən məqamlardan biri də İranla bağlı dedikləri oldu. Ölkə başçısı açıq şəkildə dedi ki, biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Bununla da rəsmi Bakı hərbi təlimləri keçirərək faktiki olaraq İranın Araz çayı boyunca keçirdiyi hərbi təlimlərə cavab verdiyini elan etmiş oldu.