İtaliyada COVID-19 virusunun “Omicron” ştamının yeni mutasiyası aşkar edilib.
İnterpress.az xəbər verir ki, koronavirusun “Omicron” ştamının “Xj” adlı yeni variantı Kalabriya əyalətinin səhiyyə orqanlarının laboratoriyasında aşkarlanıb və İtaliya Ali Səhiyyə İnstitutu (ISS) tərəfindən təsdiq olunub.
“Xj” variantı “Omicron”un alt-variantları “BA.1” və “BA.2”nin rekombinasiyasıdır və onun yoluxuculuq dərəcəsinin artmasına səbəb olduğu bildirilir.