Omikron İngiltərədə 75 min nəfəri öldürəcək – Hesabatbackend

Omikron İngiltərədə 75 min nəfəri öldürəcək – Hesabat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun omikron ştammının yayılması 2021-ci ilin yanvar ayı ilə müqayisədə yoluxmaların və xəstəxanaya yerləşdirilənlərin sayının artmasına səbəb ola bilər.

Bu barədə Londonun Gigiyena və Tropik Tibb Məktəbinin hesabatında qeyd olunub.

Ən optimist ssenariyə görə, infeksiyaların maksimum sayı gündə iki minə çata bilər, 1 dekabr-30 aprel tarixləri arasında xəstəxanaya yerləşdirilənlərin sayı isə 175 minə çatacaq. Onlardan 25 mini isə öləcək.

Pessimist ssenariyə görə isə həkimlərə müraciətlərin sayı 2021-ci ilin yanvar ayının göstəricilərini iki dəfə üstələyə bilər. Xəstəxanalara yerləşdirilənlərin sayı 492 min olacaq ki, onların da 75 mini öləcək.   /axar.az/