On mindən çox abunəçisi olan Teleqram kanallar BLOKLANACAQ – SƏBƏBbackend

On mindən çox abunəçisi olan Teleqram kanallar BLOKLANACAQ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Teleqram kanallar bloklana bilər.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, administratorlar özləri haqqında məlumatları onlara ötürməsələr, Roskomnadzor bütün böyük Telegram kanallarını (10 mindən çox abunəçisi olan) bloklayacaq.

Rospotrebnadzor Telegram-dan belə kanalların bloklanmasını tələb edəcək.

Dəyişikliklərə bu həftə Dövlət Dumasında baxılması planlaşdırılır.

Bloqerlər və Telegram kanalları bloklanma təhlükəsi altında Roskomnadzorda qeydiyyatdan keçməlidirlər.

Ən azı 10 min abunəçisi olan bloqerlər özləri haqqında məlumatları Roskomnadzor-a ötürməli olacaqlar.

Xuraman Etibarlı

İnterpress.az