Onun kişilikdən dəm vurması gülüş doğurur” – Çingiz Qənizadəbackend

Onun kişilikdən dəm vurması gülüş doğurur” – Çingiz Qənizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. İşğalçı ordu silah-sursatı atıb qaçırdı. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Erməni əsgər və zabitləri görürdülər ki, onların hakimiyyəti yalan danışır, onları ölümə göndərir”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.  O, bildirib ki, erməni ordusunun rəhbərliyi mənasız əməliyyatlar həyata keçirirdi ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilidi:

“On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu fərari ordunun əsasını hazırda İrəvanda gizlənmiş, əlləri günahsız insanların qanına batmış keçmiş prezident Serj Sarkisyan tərəfindən qoyulub. Fərarinin yaratdığı ordudan fərarilikdən artıq nə gözləmək olar? Müharibə başlayanda Xankəndidə olan, sonra Azərbaycan Ordusunun hər gün irəlilədiyini görəndən sonra xəlvəti qaçıb İrəvanda gizlənən Serj Sarkisyanın gizləndiyi yerdən kişilikdən dəm vurması gülüş doğurur”.

Hüquq müdafiəçisi Serj Sarkisyanın əllərinin günahsız insanların qanına bulaşdığından dünya ictimaiyyətinin də məlumatlı olduğunu diqqətə çatdırıb: “1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirməsinin təşkilatçısı və rəhbəri məhz Serj Sarkisyanın olması gizli deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Serj Sarkisyanın təşkil etdiyi Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

2001-ci il mayın 18-də Ermənistanın o vaxtkı müdafiə naziri, sonradan sabiq prezidenti Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasətin bariz isbatıdır: “İşğal etdiyimiz torpaqlar var. Burada utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci ildə və öncəsində də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur”, – deyə hüquq müdafiəçisi əlavə edib.

Serj Sarkisyanın britaniyalı jurnalistə verdiyi müsahibəsini xatırladan Ç.Qənizadə vurğulayıb ki, Sarkisyan həmin müsahibədə Xocalı soyqırımını şəxsən özü törətdiyini bildirmişdi. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serj Sarkisyandır. İngilis tədqiqatçı Tomas de Vall “Qara Bağ” adlı kitabını yazarkən apardığı araşdırmalar çərçivəsində o vaxt Ermənistanın müdafiə naziri olan Sarkisyandan da müsahibə götürüb. Sarkisyan özü Xocalıda dinc insanların kütləvi şəkildə, qadın, uşaq, qoca demədən qırılmasına rəhbərlik etdiyini təsdiqləyir. O deyir: “… Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.