Ötən gün vətəndaşlardan 15 silah götürülübbackend

Ötən gün vətəndaşlardan 15 silah götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 silah götürüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dünən 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil alınıb.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.