Gürcüstan hava limanları 2023-cü ildə 6 milyondan çox sərnişinə xidmət göstərib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 35%, pandemiyadan əvvəlki dövrlə müqayisədə 15% çoxdur.
Ötən il Tbilisi Beynəlxalq Hava Limanı 3,694 milyon, Kutaisi Beynəlxalq Hava Limanı 1,671 milyon, Batumi Beynəlxalq Hava limanı isə 621,5 min sərnişinə xidmət edib.