Özbəkistana yeni xarici işlər naziri təyin olunubbackend

Özbəkistana yeni xarici işlər naziri təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Ali Məclisi (Oli Majlis) Vladimir Norovun xarici işlər naziri postuna namizədliyini təsdiqləyib.

Məlumatı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xatırladaq ki, V.Norov bu ilin aprelindən XİN başçısının səlahiyyətlərini icra edir. Ondan əvvəl nazirliyə Abduləziz Kamilov rəhbərlik edib.

V.Norov 2006-2010-cu illərdə də Özbəkistan xarici işlər naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, V.Norov 1955-ci ildə anadan olub. O, Özbəkistanın Almaniya, İsveçrə, Polşa, Belçika, Lüksmburq ölkələrində, Avropa İttifaqı və NATO-da missiyasına başçılıq edib, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olub.