Pandemiya gələn il bitəcək, ancaq…” – İnfeksionistdən sensasiyalı AÇIQLAMAbackend

Pandemiya gələn il bitəcək, ancaq…” – İnfeksionistdən sensasiyalı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın əksər nüfuzlu qurumları və simaları koronavirus pandemiyasının gələn il bitəcəyi proqnozu verib. Son dəfə eyni məzmunlu açıqlamanı Bill Geyts və “JP Morgan” bankı vermişdi. Onların fikrincə, 2022-ci ilin yazında artıq bəşəriyyət normal həyata dönəcək, iqtisadi yüksəliş başlayacaq və s.

Bu proqnozlar nəyə əsaslanır?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, bu proqnozların əsaslandığı mənbə insan orqanizmidir:

“Koronavirusun gələn ilin yazına kimi bitməsi ehtimalı əslində, tam olaraq belə təzahür etməyəcək. Yayda pandemiya artıq bitmiş olacaq, amma virusun özü yox olmayacaq. Hər payız dövründə qismən də olsa, lokal artmalar müşahidə ediləcək”.

Mərdan Əliyevin sözlərinə görə, indiyə kimi yaşanmış bütün pandemiyaların müddəti maksimum 3 il olub.

“Heç vaxt uzun müddətli pandemiyalar olmayıb. Virusun geniş yayılması nəticəsində kütlə immuniteti tez formalaşır. Kütlə immuniteti tam formalaşdıqdan sonra pandemiya başa çatmalıdır”.

Kütlə immuniteti nə deməkdir?

“Sağlam şəxs koronavirusa yoluxur və bədən müəyyən reaksiyalar göstərir. İkinci məsələ süni immunitetin yaradılmasıdır, bu da peyvəndlə formalaşır. Hazırda bu proses çox sürətli şəkildə müsbətə doğru gedir. Məsələn, son statistikaya əsasən, yoluxma sayı 922 nəfərdir. Bu da onu göstərir ki, həqiqətən görülən tədbirlər işə yarayır.

Yayda artıq pandemiyanın tam şəkildə bitəcəyi gözlənilir. Çünki yay fəslində infeksiyalar azalır, ümumiyyətlə, yay xəstəlik fəsli deyil.

Yeni sürprizlərlə qarşılaşmasaq pandemiya gələn il bitəcək. Ancaq qeyd etdiyim kimi, virus öz təsirini, az da olsa, göstərəcək”.

Ayzel

“Pandemiya gələn il bitəcək, ancaq...” - İnfeksionistdən sensasiyalı  AÇIQLAMA