İyunun əvvəlində İrəvanın “Zvartnots” hava limanında keçirdiyi 41 gün aclıq aksiyasından sonra Fransaya qayıdan erməniəsilli jurnalist Leo Nikolyan Parisdə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV Avropa Yəhudi Təşkilatına istinadən məlumat yayıb.
Bildirilib ki, avtobusda yaşlı yəhudini təhqir etmiş Nikolyan avqustun 22-nə təyin edilən məhkəmə prosesinə qədər həbs edilib.
Qeyd edək ki, L.Nikolyan İrəvanın “Zvartnots” hava limanında qeydə aldığı videomüraciətində bildirdiyi kimi Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlayıb.