Pentaqona sızdıran əsgərin təkbaşına hərəkət etdiyi qənaətinə gəlinibbackend

Pentaqona sızdıran əsgərin təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələri Amerika ordusunun məxfi sənədlərini internetdə dərc etməkdə ittiham etdiyi Milli Hava Qvardiyasının əsgəri Cek Teyşeyranın bu hərəkəti təkbaşına törətdiyi qənaətinə gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, Hərbi Hava Qüvvələri Baş Müfəttişliyi məsələni araşdıran araşdırmada, Teyşeyranın məxfi sənədlərin sızmasında təkbaşına hərəkət etdiyi müəyyən edilib.

Araşdırma nəticəsində paylaşılıb ki, Teixeira-nın bölməsi “müvafiq tədbirlər görməyib” və bu işə qarışan 15 şəxsi “vəzifə laqeydliyi”nə görə intizam məsuliyyətinə cəlb edilib. Massaçusets Milli Hava Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra aprelin 14-də Amerika ordusunun məxfi sənədlərini internetdə dərc etdiyinə görə saxlanılıb.

Qeyd olunub ki, Teyşeyranın internetə sızdırdığı iddia edilən, üzərində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin gerbi olan sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial zəifliklər və Böyük Britaniyanın xüsusi təyinatlılarının sayı barədə məlumatlar var.

Həmçinin bildirilib ki, sənədlərdə Rusiya, İsrail, Kanada, Cənubi Koreya, Çin və İranın nüvə proqramı ilə bağlı kəşfiyyatın fəaliyyəti də daxil olmaqla mühüm məsələlərə dair hərbi və cari məlumatlar yer alıb.

Sızıntıların ABŞ diplomatik kriptolarının sızdırıldığı 2010-cu ildə WikiLeaks qalmaqalı və 2013-cü ildə rəqəmsal müşahidə fəaliyyətlərinin sızdırıldığı Snowden böhranı qədər əhəmiyyətli olduğuna diqqət çəkilib.