Peru Ekvadorla sərhəddə yerləşən 5 bölgədə fövqəladə vəziyyət elan edibbackend

Peru Ekvadorla sərhəddə yerləşən 5 bölgədə fövqəladə vəziyyət elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peru rəhbərliyi qonşu Ekvadorda baş verən hadisələrlə əlaqədar şimal sərhədindəki 5 bölgədə fövqəladə vəziyyət (OHAL) elan etdiyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Peru hökumətindən verilən açıqlamada, prezident Dina Boluartenin imzaladığı fərman çərçivəsində ölkənin şimal sərhədindəki 5 bölgədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edildiyi bildirilib.

Açıqlamada Ekvadorda davam edən zorakılıq dalğasının “narahatlıqla” izləndiyi və fövqəladə vəziyyətin tətbiq olunduğu Tumbes, Piura, Cajamarca, Amazonas və Loreto bölgələrinə gücləndirmə hərbi hissələrin göndərildiyi vurğulanıb.

Digər tərəfdən Kolumbiya hökumətindən verilən açıqlamada qonşu Ekvadorun sərhədinə əlavə hərbi birləşmələrin göndəriləcəyi qeyd edilib.

Bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazar və bir neçə məhbusun həbsxanadan qaçmasından sonra yanvarın 9-da 60 günlük fövqəladə vəziyyət elan edib. Quayas şəhəri və polis maşınları daha sonra bombalanıb.

Fövqəladə vəziyyət çərçivəsində saat 23.00-05.00 arasında komendant saatı tətbiq ediləcəyi açıqlanıb.

Fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polisi qaçıraraq avtomobillərini yandırıblar.

Digər tərəfdən, sosial mediada paylaşılan videolarda dəstə üzvləri tərəfindən qaçırıldıqdan sonra başlarına silah tutan polislərin prezident Noboadan kömək istəmələri görülüb.