Perunun Braziliya ilə sərhədində yerləşən Santa Rosada keçirilən əməliyyatda iki tondan çox narkotik maddə ələ keçirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əməliyyat Peru, Braziliya və Kolumbiya ordularının birgə səyi ilə sərhəddə həyata keçirilib.
Əməliyyat zamanı 2 tondan çox narkotik maddə ələ keçirilib və 7-si Kolumbiyalı olmaqla 8 nəfər saxlanılıb.
Kolumbiyanın Amazonas inzibati bölgəsinin Letisiya şəhərində həyata keçirilən əməliyyatda 250 kiloqram partlayıcı maddənin ələ keçirildiyi bildirilib.
Kolumbiya prezidenti Qustavo Petro əməliyyatda iştirak edən ölkələrin təhlükəsizlik qüvvələrini təbrik edib.