Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiqlənibbackend

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:

– təhsil proqramına (kurikuluma) uyğunluğu;

– materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf-yönümlülüyü, peşəyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyə-yönümlülüyü;

– nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və əmək bazarının tələblərinə uyğunluğu;

– pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə, müasir tədris texnologiyalarına uyğunluğu;

– müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin nəzərə alınması;

– dizayn və tərtibatın məntiqliliyi, estetikliyi və müasirliyi;

– Azərbaycan qanunvericiliyinin tələblərinə uyğunluğu.

Qayda “Peşə təhsili haqqında” qanuna uyğun olaraq hazırlanıb. Peşə təhsili müəssisələri üçün ümumtəhsil dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.