Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 2 168 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 443, ikinci doza vaksinlərin sayı 195 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 303-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 227 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 789 842, birinci doza peyvəndlərin ümumi sayı 5 361 284, ikinci doza vaksinlərin sayı 4 856 073 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 321 239, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 251 246 olub.