Polad Ömərov Çexiyada saxlanılıbbackend

Polad Ömərov Çexiyada saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya hakimiyyəti bir sıra cinayətlərdə, o cümlədən Nyu-Yorkda iranlı jurnalistin qətlini planlaşdırmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı Polad Ömərovu ABŞ-a təhvil verib.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, Radio Prague International-ın məlumatına görə, həmin şəxs ötən ilin yanvarında həbs edilib.

O, ekstradisiya qərarından apellyasiya şikayəti verib, lakin Konstitusiya Məhkəməsi Çexiyanın ədliyyə nazirinin qərarını qüvvədə saxlayıb.

ABŞ Ədliyyə Departamenti Polad Ömərovun Massih Alinecada sui-qəsd cəhdinin təşkilində kömək etdiyini bildirib. O və şübhəli dəstə başçısı Rafət Əmirov ABŞ vətəndaşı Xalid Mehdiyevi kirayə tutmaq və onu öldürmək üçün 30 min dollar göndərməkdə ittiham olunurlar.