Polis gəlinini döyən 75 yaşlı qayınana ilə bağlı araşdırmaya başladı – VİDEObackend

Polis gəlinini döyən 75 yaşlı qayınana ilə bağlı araşdırmaya başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Lənkəranın Yuxarı Nüvədi kəndində qayınanın hamilə gəlinini döyməsi ilə bağlı görüntülər ciddi rezonans doğurub.

Yayılan məlumatlarda gəlinin kimsəsiz olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis şöbəsində araşdırma aparılır.

“Sosial şəbəkələrdə gəlinin qayınanası tərəfindən döyülməsilə bağlı yayılan görüntülər Lənkəran Rayon Polis şöbəsində araşdırılır”.

Qeyd edilib ki, Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı təvəllüdlü Guldənaz Qurbanovanın gəlinini döyməsi faktı ilə bağlı rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

 

 

İnterpress.az