Almaniyanın şəhərlərindən birində polis sərxoş Şaxta babanı saxlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polisin məlumatına görə, Santa Klaus idarəetməni itirərək evin fasadına və dayanmış avtomobilə çırpılıb.
Həmçinin polisin dediyinə görə, “evin fasadı ciddi zədələnib, Şaxta babanın Milad hədiyyələri zədələnməyib”.
Mətbuat bildirib ki, onun sürücülük vəsiqəsi əlindən alınıb, sərxoş vəziyyətdə avtomobil idarə etmə faktı ilə bağlı araşdırmalara başlanılıb.
Şaxta baba isə hədiyyələri yaxın vaxtlarda paylayacağını bildirib.