Rusiyanın Beynəlxalq Humanitar-Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter Ura.ru ilə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyanın mümkün istefasını şərh edib.
İnterpress.az bildirir ki, politoloqun fikrincə, indiki etirazların hökumət başçısı üçün əhəmiyyəti azdır.
Bruterin fikrincə, Paşinyan yalnız “siyasi elitanın mühüm hissəsi Paşinyanı devirməyin onlar üçün faydalı olduğunu hesab edərsə” vəzifədən gedə bilər, lakin indi “Paşinyan faktiki olaraq heç bir təhlükə altında deyil”.
“Hazırda istefanın baş verə biləcəyini söyləmək olmaz və adi insanlar bu məsələdə heç nə edə bilməzlər”, – o bildirib.
Ekspert hesab edir ki, Paşinyan “müxalifətə qarşı kifayət qədər aqressiv davranır və onun tələblərinə qulaq asmaq fikrində deyil”.