Polşada Gürcüstan vətəndaşları qız qaçırıblarbackend

Polşada Gürcüstan vətəndaşları qız qaçırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa polisi 19 yaşlı qızı qaçırmaqda və qanunsuz olaraq azadlıqdan mərhum etməkdə şübhəli bilinən üç Gürcüstan vətəndaşını saxlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

“Gənc qadını yaşadığı yerdən kişilər zorla aparıblar. Polis qızı Skiernievicedən 180 kilometr aralıda, Virusov rayonunda tapıb. Onlar qadını qanunsuz olaraq azadlıqdan mərhum etməkdə ittiham olunurlar və onları 5 ilə qədər həbs gözləyir. Onlar növbəti üç ayı həbsdə keçirəcək”, – deyə polisin açıqlamasında bildirilir.

Məlumata görə, dekabrın 1-də 43 yaşlı Gürcüstan vətəndaşı polis bölməsinə gedərək onun 19 yaşlı qızının üç gürcü tərəfindən qaçırıldığını bildirib. Kriminal şöbə qısa müddət ərzində qaçıranların kimliyini müəyyən edərək 5 saat ərzində yaxalaya bilib.

Saxlanılanların 38, 37 və 33 yaşlarında olduğu bildirilir. 19 yaşlı qızın səhhətinin vəziyyəti qənaətbəxşdir.

Dekabrın 3-də cinayət törətdikləri iddia edilən şəxslərə rəsmi ittiham irəli sürülüb, dekabrın 4-də isə məhkəmə onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.