41 yaşlı qadını öldürməkdə şübhəli bilinən kişi Gürcüstandadır.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Mətbuatın yazdığına görə, qətldə şübhəli bilinən 35 yaşlı kişi barəsində İnterpolun qırmızı sirkulyarıyla axtarış elan edilib.
Məlumat üçün bildirək ki, qətl noyabrın 21-də baş verib. Polşa mətbuatı qətlin Gürcüstan vətəndaşlarının kirayə götürdükləri yaşayış mənzilində baş verdiyini yazıb – qadının meyitini qonşular aşkar ediblər.
Polşa mediası hadisə şahidlərinə əsaslanaraq yazıb ki, mənzilə daxil olduqdan sonra maskalı adamın oradan qaçdığını görüblər. Onların məlumatına görə, təqsirləndirilən şəxs gürcü dilində danışıb.