Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edibbackend

Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.

İnterpress.az xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri bu illə müqayisədə 175 % çox – 2 811 428 292 manat məbləğində təsdiq olunub.

2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar (2023-cü ilə nisbətən 8,9 % çox), 815 053 804 manatı işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları (6,6 % çox), 15 000 000 manatı fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar (19,05 % çox), 122 786 798 manatı avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar (0,4 % çox), 32 600 000 manatı digər daxilolmalar (2,35 dəfə çox), 450 000 000 manatı isə əvvəlki illərdə icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ (2,1 dəfə çox) hesabına formalaşacaq.

Gələn il Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.