Prezident İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadırbackend

Prezident İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır.

İnterpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur”, – dövlət başçısı qeyd edib.