Növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub.
İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir.
Nazir bildirib ki, proses artıq başlayıb: “Xarici ekspertlər artıq ölkəyə dəvət olunub. Həmçinin xarici media nümayəndələrinin ölkəmizə səfəri gözlənilir”.
C.Bayramov qeyd edib ki, seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılır.