Prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıbbackend

Prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.

İnterpress.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla təxminən 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.