Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.
Bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.