Putin və Paşinyan arasında danışıqların gündəliyi açıqlanıbbackend

Putin və Paşinyan arasında danışıqların gündəliyi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 19-da baş tutacaq görüşün gündəliyi açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə razılaşmaların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Dövlət başçıları Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparmağı planlaşdırırlar.