Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmov tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.
R. Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.