Qazaxıstan Ermənistan vətəndaşını ölkəsinə ekstradisiya edib.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstan Respublikasının səlahiyyətli orqanı Ermənistan Baş Prokurorluğunun müraciətini təmin edib və axtarışda olan X.Ç.-ni Ermənistanın səlahiyyətli orqanlarına təhvil verib.
O, məcburi hərbi xidmətdən yayınmaqda ittiham olunur.
Ermənistan Baş Prokurorluğu adından Daxili İşlər Nazirliyinin polis əməkdaşları X.Ç.-nin İrəvana ekstradisiyasını təmin ediblər.
Xuraman Etibarlı
İnterpress.az