Qazaxıstan iqtisadiyyatı  5,1 faiz böyüyübbackend

Qazaxıstan iqtisadiyyatı 5,1 faiz böyüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan iqtisadiyyatı ötən il 5,1 faiz artıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, prezident Kasım Cömert Tokayev Baş nazir Alihan İsmailovu qəbul edib.

İclasda İsmayılov 2023-cü ildə ölkənin sosial-iqtisadi inkişafı haqqında hesabat məruzə edib.

Hesabata görə, Qazaxıstan iqtisadiyyatı ötən il 5,1 faiz artıb. Əsas kapitala investisiyalar 13,7 faiz artaraq 39,5 milyard dollara çatdığı halda, ölkəyə gələn birbaşa xarici investisiyaların həcmi 19,7 milyard dollara çatıb.

Kiçik və orta sahibkarlıq subyektlərində işləyənlərin sayı 500 min nəfər artaraq ümumilikdə 4,3 milyon nəfərə çatıb.

Ölkədə inflyasiya 2 dəfə azalaraq 9,8 faiz təşkil edib. Xarici ticarət həcmi isə yüzdə 2,2 artaraq 126 milyard dollara çatıb.