Qazaxıstanın 8 şəhərindən birbaşa uçuşlar başlayırbackend

Qazaxıstanın 8 şəhərindən birbaşa uçuşlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Respublikasının 8 şəhərindən Batumiyə birbaşa uçuşlar başlayır. İyunun 10-dan etibarən bütün mövsüm ərzində “Scat” aviaşirkəti həftədə 2 dəfə Astana-Batumi reyslərini yerinə yetirəcək.

İnterpress.az xəbər verir ki, Acarıstanın Maliyyə və İqtisadiyyat Nazirliyi bu barədə məlumat yayıb.

Məlumata görə, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze aviaşirkətin istiqamətlər departamentinin rəhbəri Andrey Biber ilə görüş keçirib. Görüşdə uçuşların tezliyinin artırılması və gələcək əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Jaba Putkaradze “Scat” nümayəndəsini turizmin bərpasının artan dinamikası, ziyarətçi artımının statistikası və sektorda planlaşdırılan layihələrlə tanış edib.

Görüşdə Acarıstan Turizm Departamentinin rəis müavini Mişa Koplatadze və Qazaxıstan Respublikasının ən yüksək reytinqli KİV nümayəndələri iştirak ediblər. Nazir jurnalistlərin suallarını cavablandırıb. Qazaxıstanın onlayn platformalarında Acarıstanla bağlı məqalələr yerləşdiriləcək.