Qebreyesus tibbi ləvazimatların daşınması ilə bağlı açıqlama yayıbbackend

Qebreyesus tibbi ləvazimatların daşınması ilə bağlı açıqlama yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ÜST tibbi ləvazimatları Xan Yunisdəki anbardan Rəfahdakı daha kiçik bir anbara köçürüb”. İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Qebreyesus bildirib. O, bu prosesin qısa müddətdə həyata keçirilməsi üçün ciddi səy tələb olunduğunu vurğulayıb.

Qebreyesus deyib: “Bu, səhiyyə müəssisələri üçün nəzərdə tutulan dərmanların Sərhədsiz Həkimlər Təşkilatına və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) təxirə salınmasına səbəb oldu. Çatdırılma artıq gecikdirilib və bu, Bu, genişmiqyaslı silahlı qarşıdurma və yerdəki məhdud personalla bağlıdır. Bu, Qəzzədəki xəstəxanalara çatdırılmamızda problemlər yaratmağa davam edəcək. Qəzzadakı insanlara qayğı göstərmək üçün daimi və təhlükəsiz tibbi yardım axınına ehtiyacımız var”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Qebreyesus dünən İsrail ordusundan Qəzzanın cənubundakı iki tibb anbarını 24 saat ərzində köçürməli olduqlarına dair bildiriş aldıqlarını açıqlayıb.

Bildirişdə quru əməliyyatlarının materialları yararsız hala salacağına dair xəbərdarlığın yer aldığını ifadə edən Qebreyesus daha sonra bildirib: “İsraili bu qərarı ləğv etməyə və xəstəxanalar və humanitar yardım obyektləri də daxil olmaqla mülki vətəndaşları və mülki infrastrukturu qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq”.