Qətərdən köçkün olmuş Qəzzalılara 50 milyon dollarlıq humanitar yardımbackend

Qətərdən köçkün olmuş Qəzzalılara 50 milyon dollarlıq humanitar yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər İsrailin 7 oktyabrdan bəri sıx hücumlarına məruz qalan Qəzza zolağı sakinlərinə 50 milyon dollarlıq humanitar yardım etməyi öhdəsinə götürüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada, yardım qərarının alındığı bildirilib. Qəzzada didərgin düşmüş fələstinlilərin şəraitinin yaxşılaşdırılması üçün həll yolları çərçivəsində qəbul edilib.

Açıqlamada 100 fələstinli gəncə Qətərdəki təhsil fondları vasitəsilə təhsil təqaüdü veriləcəyi bildirilib.

Bəyanatda 1948-ci ildən bu yana öz torpaqlarından didərgin düşmüş 5,9 milyondan çox fələstinli qaçqının əzablarının “ədalətli, qalıcı və hərtərəfli” həllinə çağırılıb və Qəzzada didərgin salınan fələstinlilər üçün 50 milyon dollar yardım ediləcəyi vurğulanıb.

“İsrail işğalçı dövlətdir” xatırladılan bəyanatda deyilib ki, işğalçı qüvvələr işğala məruz qalan mülki əhalinin müdafiəsini, rifahını və insan hüquqlarını təmin etməyə borcludurlar.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, “Hazırda Qəzzada dinc əhaliyə və uşaqlara qarşı aparılan müharibə beynəlxalq hüquq və insan haqları qanunlarının pozulması deməkdir”.

Qətər Xarici İşlər Nazirliyinin saytında dərc olunan son məlumata görə, Qətər Qəzzaya təxminən 1500 ton tibbi yardım, ərzaq ləvazimatları və səhra xəstəxanası verib.

Qəzza zolağında 7 gün davam edən və dekabrın əvvəlində başa çatan, İsrail və Fələstin qrupları arasında əsir mübadiləsinin aparıldığı müvəqqəti “humanitar fasilənin” təmin edilməsində Qətər Misir və ABŞ ilə birlikdə mühüm rol oynayıb.