Qəzza zolağında 350 min xroniki xəstə dərmansız qalıbbackend

Qəzza zolağında 350 min xroniki xəstə dərmansız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin sıx hücum və blokadasını davam etdirdiyi Qəzza zolağında 350 min xroniki xəstənin dərmanlarını ala bilmədiyi bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məsələ ilə bağlı açıqlama verib.

O deyib ki, xroniki xəstə olan 350 min xəstə dərmansız qalıb.

Bu xəstələrin məruz qaldığı təhlükəli sağlamlıq fəsadları barədə xəbərdarlıq edən Kudra beynəlxalq qurumları “xroniki xəstələr üçün təcili olaraq dərmanla təmin etməyə” çağırıb.

Kudra həmçinin əməliyyat otaqlarında istifadə edilən azot qazının tükəndiyini və digər tibbi qazların ciddi çatışmazlığı olduğunu açıqlayıb.

Fələstin və beynəlxalq səhiyyə qurumları İsrailin 7 oktyabrdan bəri davam edən hücumları nəticəsində Qəzza zolağında səhiyyə sektorunun çökəcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər.