Qəzza zolağında döyüşlərdə İsrailin daha iki hərbçisi ölüb.
İnterpress.az “The Times of Israel”ə istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Məlumata görə, 21 yaşlı leytenant Şay Ayeli Qəzza zolağının şimalında, 31 yaşlı baş çavuş Tell Şua bölgənin cənubundakı döyüşlərdə həlak olub.
Bildirilib ki, Qəzza zolağında keçirilən əməliyyatlarda ölən hərbçilərin sayı 139-a çatıb. Oktyabrın 7-dən başlayan müharibədə ölən İsrail hərbçilərinin sayı isə 471-ə yüksəlib.