Qəzzada ərzaq və dərman çatışmazlığına görə 700 min fələstinlinin həyatı təhlükədədirbackend

Qəzzada ərzaq və dərman çatışmazlığına görə 700 min fələstinlinin həyatı təhlükədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin işğal olunmuş və blokada altında olan Qəzza zolağının şimal bölgələrinə qida və dərman girişini əngəlləməsinin bölgədəki 700 mindən çox fələstinlinin həyatını təhlükə altına aldığı açıqlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Qəzza şəhəri və onun şimalındakı bölgələrdə insanların həyat şəraitinin gündən-günə çətinləşdiyinə diqqət çəkilib. İsrailin hücumları və səbəb olduğu aclıq səbəbiylə on minlərlə insanın ölüm gözlədiyi vurğulanıb.

İsrailin Qəzza zolağına hücumunun 140-cı gününə girdiyi qeyd edilib: “Qəzzada qalan insanların həyatını xilas etmək üçün heç bir vicdan hərəkətə keçmir. Amma Qəzzada olanlar hələ də dünyada onların iniltilərinə qulaq asacaq birini tapacaqları ümidi ilə yaşayırlar”.