Qəzzada xəstəxanaların işləməməsi səbəbindən yüzlərlə yaralı həyatını itirirbackend

Qəzzada xəstəxanaların işləməməsi səbəbindən yüzlərlə yaralı həyatını itirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada Səhiyyə Nazirliyi Qəzzanın şimalında xəstəxanaların xidmətdən çıxması və Şifa Xəstəxanasındakı sağlamlıq xidmətlərinin qeyri-kafi olması səbəbindən yüzlərlə yaralının həyatını itirdiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qəzzada səhiyyə xidmətlərinin qeyri-kafi olduğu vurğulanıb və bildirilib ki, “Şifa Tibb Kompleksində xəstəxanaların xidmətdən çıxması və səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbiylə yüzlərlə yaralı həyatını itirib.

Kudra dekabrın 19-da İsrail ordusunun mühasirəyə alması, çox sayda tibb işçisini, yaralı və köçkünləri hədəf alması və saxlaması səbəbindən Qəzza şəhərindəki son aktiv xəstəxana olan Əl-Ehli Baptistin xidmətdən çıxdığını açıqlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin dünən axşam saatlarından etibarən İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliya bölgəsində Fələstin Qızıl Ayparasının təcili yardım mərkəzini mühasirəyə aldığını və ətrafının bombardmanının davam etdiyini bildirib.

Açıqlamada İsrail snayperlərinin yaxınlıqdakı binaların damlarına yerləşdirildiyi, söz mövzusu mühasirə və hücumların mərkəzdə müalicə alan 22 yaralı, tibb işçiləri olmaqla ümumilikdə 127 nəfərin həyatını təhlükə altına aldığı vurğulanıb.