İsrail ordusunun 2 aydan artıqdır qurudan, havadan və dənizdən intensiv bombardmanlara məruz qaldığı Qəzza zolağında atalar övladlarını yaşatmaq üçün kifayət qədər yemək belə tapmaqda çətinlik çəkir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünyanın reaksiyalarına baxmayaraq, İsrail ordusu Qəzza zolağında dinc əhaliyə qarşı hücumlarını davam etdirir, davam edən bombardman və blokada isə qida və suya çıxışın qarşısını alır.
İsrail ordusu mülki əhalinin yaşadığı binaları, xəstəxanaları və məktəbləri vurmaqla kifayətlənmir, çörək bişirənləri, su mənbələrini və su quyularını da hədəfə alır. Bölgəyə çatan məhdud miqdarda yardım insanların ehtiyaclarını qarşılaya bilməsə də, İsrail bombalarından sağ çıxan fələstinliləri aclıq və susuzluq gözləyir. Atalar övladlarını yaşatmaq üçün kifayət qədər yemək və su tapmaqda belə çətinlik çəkirlər.
İsrailin bombardmanlarından xilas olan fələstinlilər sığındıqları mərkəzlərdə yaşadıqları çətinliklərdən danışıblar.
Qəzzanın Şucaiyye rayonunda kiçik qızı, əri, atası, qardaşı və əmisi ilə yaşayan Hassune İskafi hücumların əvvəlində evindən çıxmaqdan imtina etdiyini, lakin daha sonra yaxınlıqdakı binaların hədəfə alındığı zaman o və qonşuları evlərini tərk etməli olublar.