Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli hissəsinin daha 10,7 kilometri müəyyənləşibbackend

Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli hissəsinin daha 10,7 kilometri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və Tacikistan sərhədinin daha 10,7 kilometrlik mübahisəli hissəsi ilə bağlı razılıq əldə edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Qırğızıstan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, martda Tacikistanın Soqdi vilayətinin Buston şəhərində sərhəd təyinetmə komitələri görüşüb.

İşçi qruplar Qırğızıstan-Tacikistan dövlət sərhədinin daha 10,7 kilometri ilə bağlı razılığa gəlib və protokol imzalayıblar.

Növbəti görüş Qırğızıstanda keçiriləcək.

Qırğızıstanla Tacikistan arasındakı təqribən 970 kilometrlik sərhədin 503 kilometrində mübahisə olub.