Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli hissəsinin daha 47 kilometri müəyyənləşibbackend

Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli hissəsinin daha 47 kilometri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və Tacikistan arasında sərhədin daha 47 kilometrlik mübahisəli hissəsi ilə bağlı razılıq əldə edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Qırğızıstan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, dekabrın 8-14-də Qırğızıstanın Batken şəhərində sərhəd təyinetmə komitələrinin görüşü keçirilib.

İşçi qruplar Qırğızıstan-Tacikistan dövlət sərhədinin daha 47,05 kilometri ilə bağlı razılığa gəlib və bu məsələ ilə bağlı protokol imzalayıblar.

Qırğızıstanla Tacikistan arasındakı təqribən 970 kilometrlik sərhədin 503 kilometrində mübahisə olub.

Sərhəd kəndlərində yaşayan əhalinin başlatdığı münaqişələrə zaman-zaman iki ölkənin silahlı qüvvələri də cəlb olunub. 2022-ci il sentyabrın 14-də baş verən son qarşıdurmada hər iki tərəfdən onlarla insan həyatını itirib.

Sovet İttifaqının dağılmasından sonra yaranan sərhəd mübahisəsini həll etmək üçün yaradılan Qırğızıstan-Tacikistan işçi qrupları daha əvvəl sərhədin mübahisəli 190 kilometrlik hissəsi ilə bağlı razılıq əldə ediblər.