Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1390 avtomobil gözləyir.
Bu barədə İnterpress.az Rəqəmsal İnkişaf və Nəqliyyat Anzirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu ötən günə nisbətən gözləyən avtomobillərin sayında 105 avtomobil artımı deməkdir.
Qurumun açıqlamasında deyilir ki, gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirilir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük postunda 90, “Mazımqara” gömrük postunda 32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var.