Qubada kişi əvvəl arvadını, sonra özünü öldürübbackend

Qubada kişi əvvəl arvadını, sonra özünü öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.