Real Madrid Klubu həftə ərzində Çempionlar Liqasında oynanılan “Barselona” – “Napoli” və “Atletiko Madrid” – “İnter” matçlarında braziliyalı futbolçu Vinisius Juniorun ünvanına irqçi şüarlar səsləndirildiyi səbəbilə prokurorluğa cinayət işi qaldırıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Real Madrid irqçi şüarlara görə prokurorluğa cinayət işi qaldırıb
Real Madrid Klubu verdiyi açıqlamada Barselona-Napoli və Atletico Madrid matçlarında tribunalardan Vinisiusa qarşı irqçi və nifrət dolu şüarlar səsləndirildiyini, ayrı-seçkilik və nifrət cinayətləri ilə əlaqədar Baş Prokurorluğa cinayət işi açdıqlarını bildirib.