Hazırda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində yeni iş gedir.
İnterpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu işlə ciddi məşğul olur, aidiyyəti qurumlarla görüş keçirilib: “Hazırda qanun layihəsi yenidən işlənilir. Ötən sessiyada məsələni müzakirə edəcəyimizə ümid edirdik, amma bu baş vermədi. İnanıram ki, qanun layihəsi yaz sessiyasında Milli Məclisə daxil olacaq və sənədi yenidən müzakirə edəcəyik. Çünki insanlar bu qanunun qəbulunu çoxdan gözləyir”.