İtaliyanın paytaxtı Romanın beynəlxalq hava limanı Fiumicinoda sərnişinin Rusiya vətəndaşı olduğu üçün rüsumsuz məntəqədə suyun satılmadığı üzə çıxarkən, sözügedən sərnişindən üzr istənilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliyada yaşayan rus müəllimi Anna Larina fevralın 18-də İnstaqram səhifəsində Moskvaya səfər etməzdən əvvəl Roma Fiumicino Beynəlxalq Hava Limanında rüsumsuz satış məntəqəsindən su ala bilmədiyini bildirib.
Rusiya vətəndaşı Larina su almaq istəyəndə kassirlər ona deyib: “Russansa, su yoxdur, sənə heç nə sata bilmərik. Çünki Rusiya iki il əvvəl müharibəyə başlayıb və nazirliyin konkret müddəalarını səbəb kimi irəli sürüblər”.
Larinanın bu video mesajı qısa zamanda sosial mediada ən çox baxılan şəkillərdən birinə çevrilib.